ABŞ Ukrayna ilə 22 bəndlik sülh planı üzərində razılaşıb.
Publika.az xəbər verir ki, bununla bağlı ABŞ prezidentinin xüsusi nümayəndəsi Keyt Kelloq açıqlama verib.
O bildirib ki, plana ABŞ-ın Krım üzərində Rusiyanın suverenliyinin de-yure və Donbasın Rusiyanın nəzarətində olan ərazilərinin de-fakto tanınması daxildir.
Həmçinin, Xarkov vilayətindəki torpaqların Ukraynaya qaytarılması, Nikolayev vilayətində Kinburn keçidinə, Zaporojya Atom Elektrik Stansiyasına və Kahovka SES-ə, Dnepr çayı üzərində zəmanətli keçidə nəzarət də nəzərdə tutulur.
Rusiyanın xarici işlər naziri Sergey Lavrov daha əvvəl bəyan etmişdi ki, Krım, Donbas, Xerson və Zaporojyanın Rusiya ərazisi kimi beynəlxalq səviyyədə tanınması Moskva üçün mütləqdir.