Bakı. Trend:
Xəzər rayonu ərazisində yerləşən evlərin birindən 3000 manatdəyərində radiatorlar, 2 ədəd velosiped, elektrik naqili, otbiçənmaşın oğurlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Xəzər RPİ2-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlitörətməkdə şübhəli bilinən 41 yaşlı V.Həmidov müəyyən olunaraqsaxlanılıb.
Bundan başqa, Səbail rayonu ərazisində bir mağazadan 990 manatdəyərində eynək oğurlamış 33 yaşlı S.İftikhar da saxlanılıb.