EN

Əhaliyə bank kartları ilə bağlı XƏBƏRDARLIQ

Bank kartları ilə bağlı məlumatları tanımadığınız şəxslərə verməyin.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəsisi Elşad Hacıyev Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə baş tutan "İctimai proseslər media müstəvisində" mövzusunda 2-ci Forumun "Yəhlükəsiz rəqəmsal media mühiti: məlumatlı isdifadəçilər" adlı panel sessiyasında çıxışı zamanı deyib.

O qeyd edib ki, hər bir vətəndaş bank kartları ilə ehtiyatlı olmalı, telefona gələn SMS-lərin yönəldici mesajlarının tələblərinə, istəklərinə, vədlərinə əməl etmədən rədd etməli, bloklamalıdır.

"Heç bir halda şəxsi olan, məxfilik daşıyan bank kartının məlumatlarını qarşı tərəfə-naməlum şəxsə verməyin",-deyə o qeyd edib.

Chosen
0
4
day.az

7Sources