EN

Qaradağda narkotik satıcısı saxlanılıb

Yazını böyüt
Yazını kiçilt

Qaradağ Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirilən növbəti əməliyyat zamanı 65 yaşlı Nəsirulla Həbiyev saxlanılıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən hafta.az-a verilən məlumata görə, onun üzərindən və yaşadığı evdən 27 bükümdə satış üçün qablaşdırılmış külli miqdarda tiryək, marixuana və psixotrop maddə metamfetamin aşkarlanaraq götürülüb. N. Həbiyev ifadəsində maddi qazanc əldə etmək üçün narkotik vasitələrin satışı ilə məşğul olduğunu etiraf edib.

Qaradağ rayonunda odlu silah-sursatla bağlı aparılan profilaktik tədbirlər də müsbət nəticə verir. Vətəndaşlar son 2 gündə 8 ədəd avtomat silahı və tapançanı könüllü olaraq polisə təhvil veriblər.

Chosen
0
7
hafta.az

8Sources