EN

Elşad Hacıyev: Kiberdələzduzluğa görə zərərçəkmiş heç kimin 1 dolları belə geri qayıtmayıb

Kiberdələzduzluğa görə zərərçəkmiş heç kimin 1 dolları belə geri qayıtmayıb. Bu pullar Azərbaycandadırsa, tapılır, amma xaricdəndirsə, tapılmır.

APA xəbər verir ki, Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “İctimai proseslər media müstəvisində” II Forum çərçivəsində “Təhlükəsiz rəqəmsal media mühiti: məlumatlı istifadəçilər” mövzusunda panel sessiyada Elşad Hacıyev deyib.

O bildirib ki, pul vəsaiti kartdan çıxarılıbsa, 1 saat ərzində xəbər verilmirsə, sonra pul itir, ölkədən çıxarılır: “Sonradan bilmək olmur o pul hara gedir. Kibercinayətlərə müəllimlər, həkimlər yüksək vəzifəli şəxslər də məruz qalır. Bankın təhlükəsizliyində problem yoxdur. Günahkar axtarmayaq".

Chosen
0
10
apa.az

10Sources