EN

Fərid Hüseynov: "AZAL-da xidmət səviyyəsinin yüksəldilməsi ilə bağlı çox böyük işlər görülür"

"İctimai proseslər media müstəvisində” forumunda çıxış edən Azərbaycan Hava Yolları" QSC- nin  (AZAL) daxili və xarici kommunikasiyalar şöbəsinin rəhbəri Fərid Hüseynov hava nəqliyyatının ictimaiyyəti maraqlandıran ən vacib sahələrdən biri olduğunu bildirib. Yeniazerbaycan.com xəbər verir ki, o, AZAL-da xidmət səviyyəsinin yüksəldilməsi ilə bağlı çox böyük işlərin görüldüyünü diqqətə çatdırıb. Əlavə edib ki, son 3 ildə əməliyyat və sərnişin dövriyyəsi baxımından AZAL böyük nəticələr göstərib. 

 "Bəzi hallarda baş verən hadisələrə verilən reaksiyalar zamanı müəyyən çətinliklər də yaşanır.  Lakin, bütün bu halların qarşısını almaq üçün proaktiv yanaşma vacibdir. AZAL bu yanaşmanı rəhbər tutaraq bir sıra prosedurlar, strategiyalar və normativ sənədlər əsasında fəaliyyət göstərir. Bu sənədlər əsasında, hər hansı bir dezinformasiya yayılmamışdan öncə, doğru və dəqiq məlumatlar vaxtında ictimaiyyətə çatdırılır. Bu, şəffaflıq və dürüstlüyə əsaslanan informasiya siyasətimizin bir hissəsidir. Əlbəttə ki, media ilə işləmək prosesində müəyyən çətinliklər və gecikmələr ola bilər. Bəzi hallarda texniki və ya obyektiv səbəblərdən gecikmiş məlumatlar müşahidə oluna bilir". 

F. Hüseynov  onu da bildirib ki, artıq cəmiyyətin bu mövzuya yanaşması dəyişir və informasiya şəffaflığına olan gözləntilər daha da artır: "Bu, qlobal təcrübəyə uyğun olaraq, normal və təbii bir prosesdir. Çünki bütün ölkələrdə, o cümlədən inkişaf etmiş dövlətlərdə də bu kimi hallarda müəyyən gecikmələr və çətinliklər yaşana bilir".

Havar Şəfiyeva

1Sources