Qeyri neft sektorunda ixracla məşğul olan və ölkəmizə valyuta gətirən Azərbaycan şirkətlərinin siyahısı açıqlanıb.
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin paylaşdığı “İxrac icmalı”nın aprel siyahısında "Avrora Qrup" ilk sıralarda qərarlaşıb. Belə ki, Qrup, 2025-ci ilin yanvar-mart ayları üzrə hazırlanmış qeyri-dövlət ixracatçı subyektlərin reytinqində ilk onluqda ,5 milyon dollarlıq ixracı məbləği ilə 6-cı yeri tutub. "Avrora Qrup" 2024-cü ilin enyi dövründə cəmi 644 min dollarlıq ixrac həyata keçirmişdi. Beləliklə, şirkətin ixracı bu ilin ilk rünüdə ötən ilin ilk rübü ilə müqayisədə 15 dəfə artıb.
Qrupun yaydığı məlumatda bildirilir ki, Şirkət 22-dən çox ölkəyə makaron və qənnadı, sərinləşdirici içkilər və xammal satışı həyata keçirib. Qeyd edək ki, milli brendlərimiz olan Doymak, Bizon, Berg, Harika və s. məhsullar əsasən Rusiya, Gürcüstan, Özbəkistan, Qazaxıstan, İsrail, Çin, Kanada, ABŞ, İngiltərə, BƏƏ, Ukrayna və s. bazarlarına satılıb.
Avrora Qrup ixrac imkanlarını genişləndirmək, ölkəmizi beynəlxalq arenada tanıtmaq üçün 2024-2025-ci illərdə “Worldfood Istanbul”, Sial Paris, “Prodexpo Moscow”, “Gulfood Dubai”, “Anuga Koln” sərgilərində iştriak etmiş, yeni ixrac müqavilələri imzalamışdır.