Fransa Liqa 1 təmsilçisi ”Marsel", "Fənərbaxça"nın 19 yaşlı müdafiəçisi Yusuf Akçiçəyi transfer siyahısına daxil edib və bu transfer üçün danışıqlara başlayıb.
Operativ Media xəbər verir ki, "343 Digital" platformasından İbrahim Setenin verdiyi məlumata əsasən, İstanbulun Bebek səmtində keçirilən görüşdə "Marsel" klubunun nümayəndəsi ilə yanaşı, "Fənərbaxça"nın prezidenti Ali Koç, vitse-prezident Acun Ilıcalı və futbolçunun meneceri Mirsad Türkcan iştirak ediblər.
Xəbərdə bu transferin 20 milyon avronu aşan bir məbləğlə reallaşma ehtimalının yüksək olduğu qeyd olunub.
Hazırda Yusuf Akçiçəyin bazar dəyəri 5.5 milyon avro olaraq göstərilir və futbolçunun "Fənərbaxça" ilə 2028-ci ilin iyun ayına qədər müqaviləsi mövcuddur. Bu mövsüm 19 oyunda forma geyinən gənc müdafiəçi, 3 qol vurub və 1 asistlə yadda qalıb.
Yusuf Akçiçək, 2019-cu ildə "Qalatasaray"ın akademiyasından "Fənərbaxça"ya transfer olunub.