Bakının Nərimanov rayonu, Təbriz küçəsində qayda pozan sürücü özünü videoya çəkərək “TikTok” sosial şəbəkə hesabında paylaşıb.
O, əks istiqamətdə hərəkət edərək qarşı tərəfdən gələn nəqliyyat vasitələrinə təhlükə yaradıb.
Kadrda sürücünün işıqforun qırmızı işığında gözləmək istəmədiyi üçün xəta törətdiyi aydın şəkildə əks olunub.
Xatırladaq ki, bu qayda pozuntusu İnzibati Xətalar Məcəlləsinin 327.4-cü maddəsinə uyğun olaraq, 4 bal və 150 manat cərimə ilə nəticələnir.
Həmin görüntüləri təqdim edirik: