AFFA İntizam Komitəsi 2-ci liqada mübarizə aparan "Qusar"ın futbolçusu Orxan Qurbanlını cəzalandırıb.
"Football-plus.az" xəbər verir ki, İntizam Komitəsinin bugünkü iclasında 29 yaşlı yarımmüdafiəçi ilə əlaqədar qərar qəbul edilib.
Qərarda bildirilib ki, 23-cü tur çərçivəsində keçirilən “Göygöl” – “Qusar” oyununun 90-cı dəqiqəsində qonaqların futbolçusu Orxan Qurbanlı təcavüzkar davranışa görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun cəzalanıb. “Qusar” isə 300 manat cərimə edilib.
Qeyd edək ki, Orxan 2023-cü ilin sentyabr ayından "Qusar"ın formasını geyir.