EN

Dövlət qurumu Sumqayıt və Abşeron ərazisindən 213 milyon manatlıq mənzillər alır - ŞƏRTLƏR

 İpoteka və Kredit Zəmanət Fondu açıq tender elan edir.

"Azərenerji" 1,3 milyon manata nə alacaq? - TENDER ELAN EDİLDİ

FED.az xəbər verir ki, elanda satmaq öhdəliyi ilə kirayəyə vermə mexanizmi üzrə yaşayış sahələrinin alınması nəzərdə tutulub.

Qeyd edək ki, vətəndaşların tələbatı nəzərə alınaraq yaşayış sahələrinin satın alınması Sumqayıt şəhər inzibati ərazisi və ona birbaşa həmsərhəd olan Abşeron rayonunun tərkibində yerləşən yaşayış massivləri üzrə həyata keçiriləcəkdir. Təchizatçıların təqdim edəcəyi yaşayış sahələrinin ümumi sahəsi 50000 kv.m-dən az olmamalıdır.

Müsabiqədə iştirak haqqı 10 000 manat təşkil edir.

Satınalan təşkilatın VÖEN-i: 1403502281

Satınalan təşkilatın ünvanı: AZ1014, Bakı şəhəri, Bül-bül prospekti 40

Ehtimal olunan qiymət: 213.666.666,67 AZN

Təkliflərin son təqdim olunma tarixi və vaxtı: 23.06.2025 10:00

Zərflərin açılış tarixi və vaxtı: 23.06.2025 10:00

Malgöndərənlərlə (podratçılarla) vasitəçi olmadan əlaqəni təmin edən, onlarla məlumat mübadiləsini aparan satınalan təşkilatın vəzifəli şəxsi (/ləri) – Adil Sadıqov, Əsas vəsaitlərlə iş departamentinin Mənzil fondunun idarə edilməsi şöbəsinin rəisi

Email : [email protected]

Əlaqə telefonnu: +994 99 498 18 01 (226)

Chosen
0
1
fed.az

2Sources