EN

Bakıda işlədiyi evdən oğurluq edən usta saxlanıldı

BAKI, 2 may. TELEQRAF

Mayın 1-də Binəqədi rayonu ərazisində yerləşən evlərin birindən 1000 manat dəyərində naqil oğurlanıb.

Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən tədbirlərlə əməli törətmiş, həmin evdə usta olaraq çalışan 38 yaşlı Q.Əliyev müəyyən olunaraq saxlanılıb.

Bundan başqa, Qaradağ rayonunda yerləşən bir idarəyə məxsus sahədən 407 manat dəyərində dəmir boruları oğurlamış 56 yaşlı B.Paşayev, 42 yaşlı N.Məmmədov və həmyaşıdı R.Paşayev də saxlanılıblar.

Chosen
0
11
teleqraf.com

10Sources