Müdafiəçi Erik Dayer cari mövsüm başa çatdıqdan sonra "Bayern Münhen"i tərk edəcək.
Fanat.Az xəbər verir ki, bunu alman nəhənginin idman direktoru Kristof Freund deyib.
Tanınmış insayder Fabritsio Romano klub funksionerinin dediklərini belə təqdim edib:
"Dayer bizə yeni müqavilə imzalamayacağı barədə məlumat verdi. O, "Bayern"dən ayrılacaq. Biz onun qərarına hörmətlə yanaşdıq və qəbul etdik".
MÉ™tbuat ingilis müdafiəçinin karyerasını “Monako”da davam etdirÉ™cÉ™yini xÉ™bÉ™r verib.
Erik Dayer bu mövsüm "Bayern Münhen"in heyətində 25 matçda iştirak edib. O, bu görüşlərdə 2 qol vurub və 1 məhsuldar ötürmə edib. Onun bazar qiyməti 8 milyon avrodur.
MiraÄŸa