EN

Anar Eyvazov: Məlumatların paylaşılması zamanı dövlət və hərbi sirlər nəzərə alınmalıdır

Bəzən bilərəkdən və ya bilməyərəkdən sosial mediada hərbi məlumatların paylaşılması ilə bağlı müəyyən məhdudiyyətlər aşılır.

“Poliqon” xəbər verir ki, bu fikirləri Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Anar Eyvazov “İctimai proseslər media müstəvisində” mövzusunda keçirilən II forum çərçivəsində “Konstitusiya və Suverenlik İlində media gündəmi” adlı panel sessiyada deyib.

Panel sessiya zamanı Azərbaycanda aparılan ordu quruculuğu işlərindən danışan A.Eyvazov, bu prosesin əsasının Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulduğunu və Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini vurğulayıb: “Ordu quruculuğu sahəsində görülən işlərin ilk nəticələrini 2016-ci ildə gördük. 2016-ci ilin Aprel döyüşlərində Azərbaycan Ordusu öz peşəkarlığını dünya ictimaiyyətinə və xalqımıza nümayiş etdirdi. Ordu quruculuğunda əsas vurğulanmalı olan mövzulardan biri arsenalın gücləndirilməsi, orduya müasir döyüş texnikası və silahların verilməsi, eyni zamanda bu silahlardan istifadə edə biləcək peşəkar hərbi qulluqçuların yetişdirilməsidir”.

698e4f4eO bildirib ki, bu istiqamətdə əldə edilən razılaşmalara əsasən, Azərbaycan Ordusunun hərbi qulluqçuları həm fərdi, həm də kollektiv şəkildə qabaqcıl dövlətlərin, hərbi təşkilatların müxtəlif formatlı təlimlərində, kurslarında iştirak edərək dünya təcrübəsini öyrənmişdir.

“Uğurlu Günnüt əməliyyatı və 44 Günlük Vətən müharibəsində Ali Baş Komandanın rəhbərliyi altında peşəkar Azərbaycan Ordusunun şahidi olduq. Əldə edilən tarixi qələbə ilə Azərbaycan Ordusu inkişaf baxımından fəaliyyətini dayandırmadı. Ordu quruculuğu sahəsində növbəti addımlar atıldı. Ali Baş Komandanın ordu quruculuğu sahəsində müəyyən etdiyi istiqamətlər üzrə Ordunun Türkiyə modelinə keçirilməsi, yeni Komando tipli bölmələrin yaradılması, komanda-idarəetmə və kommunikasiya sahəsinin inkişaf etdirilməsi üçün yeni idarəetmə məntəqələrinin qurulması, Vətən müharibəsində əldə edilən təcrübələrin öyrənilməsi və tətbiqi, eyni zamanda müasir döyüş üsullarının öyrənilməsi həyata keçirilib. Görülən işlərin nəticəsi olaraq ən bariz nümunə bir neçə saat ərzində öz həllini tapmış antiterror əməliyyatıdır. Bu əməliyyat ilə Azərbaycan öz suverenliyini bərpa etdi”, – deyə Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi qeyd edib.

A.Eyvazov Müdafiə Nazirliyində ordu quruculuğu ilə paralel olaraq kommunikasiya strategiyasının da inkişaf etdirildiyini diqqətə çatdırıb. Onun sözlərinə görə, Vətən müharibəsində kommunikasiya sahəsində qazanılan təcrübə əsasında hazırlanan Müdafiə Nazirliyinin kommunikasiya strategiyası 2021-ci ildə təsdiq olunub: “Bu strategiyada Ordunun ölkənin müdafiəsinin, təhlükəsizliyinin təmin edilməsi istiqamətindəki gördüyü işlər, peşəkar kadrların hazırlığı, hərbi vətənpərvərlik, ordu, xalq, dövlət birliyinin inkişaf etdirilməsi və bu kimi prioritet sahələr üzrə məlumatların operativ, tam, dolğun ictimaiyyətə çatdırılması baxımından tədbirlər nəzərdə tutulub. Bu çərçivəsində mütəmadi olaraq media nümayəndələri ilə müxtəlif tədbirlər, mediaturlar, fikir mübadiləsi aparmaq üçün görüşlər keçiririk. Biz media subyektləri ilə birgə fəaliyyət çərçivəsində umumi işlərə nail olmuşuq”.

Məlumatların paylaşılması zamanı müəyyən qaydaların, dövlət və hərbi sirlərin nəzərə alınmalı olduğuna toxunan İdarə rəisi bildirib ki, bəzən bilərkdən və bilməyərəkdən sosial mediada hərbi məlumatların paylaşılması ilə bağlı müəyyən məhdudiyyətlər aşılır.

“Bu kimi halların qarşısının alınması istiqamətində maarifləndirici işlərin aparılması vacibdir. Biz müəyyən maarifləndirici görüşlər və söhbətlər aparırıq”, – deyə A.Eyvazov vurğulayıb.

 

Chosen
0
poliqon.az

1Sources