EN

"Bütün dünyada demək olar  ki, hər il 1milyon 300dən çox adam dünyasını dəyişir"

"Nəqliyyat sistemi dedikdə təhlükəsizlik baxmndan məsələyə yanaşırıq".

Redaktor.az xəbər verir ki, bunu MEDİA-nın təşkilatçılığı ilə keçirilən “İctimai proseslər media müstəvisində” mövzusunda II Forum çərçivəsində “Nəqliyyat infrastrukturunda davamlı həllər media müstəvisində” adlı panel sessiyada DİN-in Baş Dövlət Yol Polisi İdarəsinin Hərəkətin təhlükəsizliyinin təbliği və ictimai qurumlarla əlaqə şöbəsinin rəisi, polis polkovnik-leytenantı Rövşən Tağıyev deyib.

Onun sözlərinə görə, bütün dünyada demək olar  ki, hər il 1milyon 300dən çox adam dünyasını dəyişir:

"Ölüm səbəblərinin sırasında nəqliyyat hadisələri birincidir. İlk baxanda bu rəqəm kimi gəlir. Amma düşünəndə görütük ki, o insan həyatıdır. Bütün dünyada təhlükəsizlik sahəsində 5meyyar əsas götürülür. Yol infrastrukturunun təhlükəsiz qurulması, yol hərəkətinin təhlükəsiz təşkili, nəzarət mexanizmi, maarifləndirmə meyyarlarları əsasdır. Maarifləndirmə məsələsində media  nümayəndələri bizə hədsiz  kömək olublar".

Aytəkin TOFİQQIZI

Chosen
0
1
redaktor.az

2Sources