EN

Kiber oğurluqlar daha çox bu hallarda baş verir – DİQQƏT

Görünür ki, bank kartları ilə bağlı oğurluq sayında azalma var. Əgər əvvəllər gün ərzində 50-dən çox kiber oğurluq halı qeydə alınırdısa, son günlər bu rəqəm 10-20 saya qədər azalıb.

Tribunainfo.az xəbər verir ki, bu barədə məlumatı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi Elşad Hacıyev paylaşıb. O bildirib ki, çətin deyil və mümkündür, sadəcə vətəndaşlarımız ehtiyatlı olmalıdır:

“Mayın 1-də 9 fakt üzrə ehtiyatsızlıq edən ayrı-ayrı vətəndaşın 13697, 7000, 2800, 2400, 723, 349, 220, 150, 104 manat pul vəsaitləri bank kartlarından oğurlanıb.

Faktlar deyir ki, daha çox online alış-veriş saytları vasitəsilə vətəndaşla əlaqə yaradılması, saxta və ya zəif qorunan saytlarda alış-veriş zamanı kart məlumatlarının ələ keçirilməsi, HTTPS olmayan və ya güvənilməyən saytlardan istifadə olunması nəticəsində kiber oğurluqlar törədilir”.

Nigar İxtiyarqızı

Chosen
0
tribunainfo.az

1Sources