EN

BMTİP Bakıda ofisinin bağlanması ilə bağlı məlumatı şərh etməkdən imtina etdi

Bakı. Trend:

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP)nümayəndəliyi Bakıda ofisinin bağlanması ilə bağlı məlumatı təsdiqvə ya təkzib etməkdən imtina edib.

Trendtəşkilatdakı mənbəyə istinadən xəbər verir ki, hazırda BMTİP-inAzərbaycandakı gələcək fəaliyyəti ilə bağlı rəsmi şərh yoxdur.

Eyni zamanda qurumdan açıqlama veriləcəyi təqdirdə rəsmiinternet saytında dərc ediləcəyini qeyd edilib.

Xatırladaq ki, 3 mart 2025-ci il tarixində xarici işlər naziriCeyhun Bayramov ölkəmizdə səfərdə olan BMT-nin İnkişafıƏlaqələndirmə Ofisinin Avropa və Mərkəzi Asiya üzrə Regionaldirektoru Qui-Yeop Sonu qəbul edərkən bildirib ki, Azərbaycan bəziBMT qurumları ilə bundan sonrakı tərəfdaşlığını milli prioritetlərəuyğun davam etdirəcək.

Azərbaycan Respublikasının BMT ilə əməkdaşlıqdakıprioritetlərini yeni dövrün reallıqlarına uyğun və BMT-ninresurslarından daha səmərəli istifadə edəcək şəkildə yenidənnəzərdən keçirdiyi vurğulanıb. Bu xüsusda, bəzi BMT qurumları iləbundan sonrakı tərəfdaşlığın milli prioritetlərə uyğun şəkildəlayihə əsaslı əməkdaşlıq mexanizmi vasitəsilə davam etdiriləcəyimüqabil tərəfin diqqətinə çatdırılıb.

Azərbaycanın artıq yardım qəbul edən dövlətdən qlobal gündəliyətöhfə verən bir ölkəyə çevrilməsi ilə əlaqədar, dövrün tələblərinəuyğun olaraq, BMT ilə əməkdaşlıqda BMT-nin Məskunlaşma Proqramı,BMT-nin Ətraf Mühit Proqramı, BMT-nin İqlim dəyişikliyi üzrəÇərçivə Konvensiyasının Katibliyi və digər aidiyyəti qurumlar iləəməkdaşlığın prioritet təşkil etməsi və bəzi BMT qurumları ilə dəgələcək əməkdaşlığın bu model əsasında, birbaşa mənzil qərargahlarıilə işləməklə davam etdiriləcəyi qeyd olunub.

Chosen
0
6
az.trend.az

7Sources