EN

Valverde: “Bu məğlubiyyətdən ibrət almalıyıq”

“Atletik”in baş məşqçisi Ernesto Valverde Avropa Liqasının yarımfinalında “Mançester Yunayted”ə qarşı keçirdikləri ilk oyunu şərh edib.

Arena.az məlumat verir ki, “basklar” bu oyunda gözlənilmədən 0:3 hesablı məğlubiyyətə uğrayıblar.

Valverde matçdan sonra keçirilmiş mətbuat konfransında bunları söyləyib:

“Biz müvafiq təzyiq altında ilk qolu vura bilmədik. 0:3 hesabı ilə uduzduqda, bu, rəqibin soyuqqanlı davrandığı, bizim isə öz fürsətlərimizdən istifadə etmədiyimiz deməkdir. “Mançester Yunayted” kimi komandalar heç nəyi bağışlamırlar, onlar meydanın son üçdə birində çox güclüdürlər. Bizə müvafiq məğlubiyyətlərdən ibrət dərsi almaq gərəkdir”, – UEFA-nın rəsmi saytı ispan mütəxəssisdən sitat gətirir.

Cavab oyunu çərçivəsində “Atletik” mayın 8-də “Old Trafford”da “Mançester Yunayted”in “qonağı” olacaq.

Əlavə edək ki, hər iki klub cari mövsüm Avropa Liqasını qazanmağa əsas namizədlərdir.

Chosen
0
arena.az

1Sources