Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin tabeliyində olan Səbail rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 №li filialında yeni daxil olan kitabların təqdimatı keçirilib.
Newscenter.az xəbər verir ki, təqdimatda kitabxananın əməkdaşları və məktəblilər iştirak ediblər. Kitabxananın uşaq şöbəsinin əməkdaşı “Mənim ilk klassik əsərim” seriyasından olan yeni nəşrlər haqqında geniş məlumat verib.
Yeni daxil olan kitablardan Conatan Sviftin “Qulliverin səyahəti”, H.Andersenin "Kibritsatan qız", Frensis Bornetin "Sirli bağ" kitabları “Yeni kitablar” adlı sərgidə nümayiş etdirilir.
Anar Əliyev