EN

Tbilisidən Moskvaya ETİRAZ

Rusiya ilə Abxaziya arasında müntəzəm mülki hava hərəkətinin başlanması beynəlxalq normaları pozur.

Ölkə.az xəbər verir ki, bunu Gürcüstanın baş nazirinin birinci müavini və iqtisadiyyat naziri Levan Davitaşvili bəyan edib.

"Belə uçuşların həyata keçirilməsi Beynəlxalq Mülki Aviasiya Təşkilatının (İKAO) standartlarının pozulmasıdır. Bundan başqa, söhbət beynəlxalq sanksiyalar altında olan Rusiya aviaşirkətlərindən gedir", - Davitaşvili bildirib.

Qeyd edək ki, mayın 1-də Moskvanın Vnukovo Hava Limanından 1993-cü ildən bəri ilk dəfə Suxumiyə təyyarə reysi həyata keçirilib. Rusiya ilə Abxaziya arasında elektrik qatarı da hərəkət etməyə başlayıb.

Suxumi hava limanı 1993-cü ildÉ™ BeynÉ™lxalq Mülki Aviasiya Təşkilatının qÉ™rarı ilÉ™ Abxaziya ilÉ™ Gürcüstan arasında müharibÉ™yÉ™ görÉ™ baÄŸlanıb. 2023-cü ildÉ™ Rusiya vÉ™ Abxaziya hava limanının yenidÉ™n qurulması barÉ™dÉ™ razılığa gÉ™liblÉ™r. 

Mürtəza
Ölkə.az

Chosen
0
1
olke.az

2Sources