EN

Dağıstanda terror aktının qarşısı ALINDI – VİDEO

Dağıstanda hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı terror aktının qarşısı alınıb.

İnterpress.az xəbər verir ki, bu barədə Rusiya KİV məlumat yayıb.

Bildirilir ki, Dağıstanda hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı terror aktının qarşısı alınıb.

FTX-nin məlumatına görə, 1996-cı il təvəllüdlü rusiyalı qadın saxlanılıb.

Qadından əldəqayırma partlayıcı qurğunun hazırlanması üçün komponentlər götürülüb.

Onun Telegram-da beynəlxalq terror təşkilatının yaraqlısı ilə yazışmalar tapılıb, orada partlayışın təfərrüatları və terror qruplaşmasına and içməsi müzakirə olunub.

Xuraman Etibarlı

İnterpress.az

Chosen
0
interpress.az

1Sources