Müsabiqənin şərtləri:
- Hər bir müəllif müsabiqəyə yalnız bir əsər təqdim edə bilər.
- Əsərlər orijinal və daha əvvəl heç yerdə çap olunmamalı və yayımlanmamalıdır.
- Əsərlər Azərbaycan dillində yazılmalıdır.
- Əsərin üz qabığında (ilk səhifədə) müəllif özü haqqında məlumatı, əlaqə vasitəsini (Telefon
nömrəsi və e-mail) qeyd etməlidir.
-Əsərlər bir şəxs tərəfindən yazılmalıdır. Müştərək iş qəbul olunmur.
Müsabiqə şərtlərinə cavab verməyən əsərlər komissiya tərəfindən qəbul edilməyəcəkdir.
Müsabiqənin mövzusu
Mövzu: Şuşanın ədəbi irsi və Zəfər tariximizdə Şuşanın əhəmiyyəti
Essenin həcmi:
Mətnin həcmi 1000 sözdən çox olmamalıdır.
Qaliblərin seçilməsi və mükafatlandırılması
Komissiya tərəfindən müəyyən edilmiş qiymətləndirmə meyarlarına uyğun olaraq 3 nəfər qalib seçiləcəkdir. “Vaqif Poeziya Günləri” çərçivəsində baş tutacaq mükafatlandırma mərasimi zamanı qaliblər diplom və pul mükafatı ilə təltif olunacaqlar.
Müsabiqənin mükafat fondu:
Birinci yer – 2500 manat
İkinci yer – 1500 manat
Üçüncü yer – 1000 manat
Müsabiqənin müddəti:
Müsabiqəyə esselərin qəbulu 31 may 2025-ci il tarixində sona çatacaq.
İştirakçılar tərəfindən əsərlər edebi.musabiqe@culture.az elektron poçt ünvanına göndərilməlidir.
Əlavə məlumat üçün müraciət edə bilərsiniz: 012 147