EN

Türk dövlətləri e-ticarət sahəsində əməkdaşlığı genişləndirir

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi (İİTKM) ilə Türkiyə Ticarət Palata və Birjaları Birliyinə üzv olan şirkət arasında elektron ticarət sahəsində əməkdaşlığa dair danışıqlar aparılır.

Bu barədə “vergiler.az”a Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Milli Konfederasiyasının vitse-prezidenti Vüqar Zeynalov məlumat verib.

Onun sözlərinə görə, müzakirə predmeti hər iki ölkənin gömrük və nəqliyyat qurumlarının, Türk dövlətlərini vahid məkanda birləşdirəcək elektron ticarət platformasına inteqrasiyasından gedir. Bu platformada Azərbaycan tərəfini İİTKM-nin yaratdığı virtual sərgi məkanı təmsil edəcək.

Qeyd edək ki, daha öncə “Turkic Business” adlandırılan bu platformanın fəaliyyəti dayandırılaraq yenidən qurulması işlərinə başlanılıb. Bu istiqamətdə işlərin yaxın bir il ərzində tamamlanması nəzərdə tutulur.

Chosen
0
vergiler.az

1Sources