Bu gün futbol üzrə Misli Premyer Liqasında XXXIII tura start veriləcək.
Moderator.az xÉ™bÉ™r verir ki, ilk oyun günündÉ™ bir qarşılaÅŸma keçirilÉ™cÉ™k. “ZirÉ™” doÄŸma meydanda “Turan Tovuz”la qarşılaÅŸacaq. ZirÉ™ İdman Kompleksinin stadionunda təşkil olunacaq matç saat 20:00-da baÅŸlayacaq.
Bakı təmsilçisi 64 xalla 2-ci, Tovuz klubu isə 49 xalla 4-cü pillədə qərarlaşıb.
Qeyd edək ki, turun digər qarşılaşmaları mayın 3-4-də keçiriləcək.