BAKI, 2 may. TELEQRAF
Latviya parlamentində yeni qanun layihəsi təsdiqlənib. Bu qanuna görə, ölkədə fəaliyyət göstərən banklar artıq mobil tətbiqlərdə, vebsaytlarda və müştəri xidmətlərində rus dilindən istifadə edə bilməyəcəklər. Bütün bu xidmətlər yalnız latış dilində olmalıdır.
Teleqraf xəbər verir ki, bu barədə Latviya Dövlət Radiosu və Televiziyası məlumat yayıb.
Qanun layihəsinin müəllifləri bildirirlər ki, bank sistemində rus dilindən çox istifadə olunur və bu, latış dilinin mövqeyini zəiflədir. Ona görə də məqsəd latış dilini qorumaqdır.
Qeyd edək ki, ötən il sentyabrda Latviya parlamenti bankomatlarda rus dilindən istifadəni də qadağan etmişdi. Həmin qanun 2025-ci ilin yanvarında qüvvəyə minib.