EN

İranla nüvə danışıqları: ABŞ şərtlərindən birini açıqladı

ABŞ dövlət katibi Marko Rubio “Fox News” telekanalında İranla nüvə razılaşmasının şərtlərindən birini açıqlayıb.

Publika.az xəbər verir ki, Rubio bildirib ki, Tehran müfəttişləri bütün nüvə obyektlərinə buraxmalıdır.

"Əgər onlar dinc nüvə enerjisi istəyirlərsə, Amerika müfəttişləri də daxil olmaqla, istənilən növ müfəttişlərə girişə icazə verməlidirlər", - Dövlət Departamentinin rəhbəri vurğulayıb .

Rubio əlavə edib ki, başqa ölkələrdən olan ekspertlər də ekspert qismində çıxış edə bilər, lakin İran ABŞ-dan müfəttişlərin gəlməsini qadağan edə bilməz.

Chosen
0
publika.az

1Sources