Gəncə şəhərində dərmandan zəhərlənmə hadisəsi olub.

Leqal.info xəbər verir ki, hadisə şəhər ərazisində baş verib. Belə ki, 2002-ci il təvəllüdlü H. Məmmədli zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Gənc oğlanın hansı səbəbdən dərmandan zəhərləndiyi hələlik məlum deyil.

Faktla bağlı araşdırma aparılır.

Leqal.info