EN

Səhər oyanan kimi edilməməli 3 şey

Səhərə necə başladığınız təkcə bir neçə saatlik zamanınıza deyil, həm də zehni aydınlığınıza, bədən sağlamlığınıza və ruh halınıza bütün gün boyunca təsir edir. 

News24.az səhər yuxudan duran kimi edilməməli olan 3 davranışı təqdim edir:

1. TELEFONU ƏLİNİZƏ ALMADAN ƏVVƏL GÖZLƏRİNİZİ TAM AÇIN

Bu gün bir çox insan hələ gözlərini tam açmadan telefonu əlinə alır, sosial mediada vaxt keçirir və ya e-poçtlarını yoxlayır. Lakin bu vərdiş, günü yüksək streslə başlamağa səbəb olur. Mütəxəssislərə görə, oyanan kimi ekrana baxmaq beynin funksiyalarına mənfi təsir edir, diqqət dağınıqlığına səbəb olur və gün ərzində məhsuldarlığı azaldır.

Tövsiyə: Səhərin ilk dəqiqələrini texnologiyaya ayırmaq əvəzinə, dərindən nəfəs alaraq və yüngül dartınma hərəkətləri edərək bədəninizi günə hazırlayın.

2. ZƏNGLİ SAATI ERTƏLƏMƏK YORĞUNLUĞU ARTIRIR

Saatı yenidən yatmaq üçün “ertelemə” düyməsinə basmaq bir çox insanın səhər rutininə çevrilib. Amma bu davranış yuxu dövrünü pozur. Qısa müddətli təkrar yuxular bədəni dincəltmək əvəzinə halsızlıq yaradır. Bu da gün ərzində hiss edilən yorğunluğun əsas səbəblərindən biri kimi göstərilir.

Tövsiyə: Saatı bir dəfə çalacaq şəkildə qurun və səslənən kimi qalxmaq üçün özünüzü motivasiya edin. Pərdələri açıb gün işığı ilə təmasda olmaq da oyanmağı asanlaşdırır.

3. YATAQDAN BİRDƏN QALXMAQ TARAZLIQ İTKİSİNƏ SƏBƏB OLA BİLƏR

Səhər yatdığınız yerdən qəfil qalxmaq qan təzyiqinin düşməsinə səbəb ola bilər. “Ortostatik hipotoniya” adlanan bu hal başgicəllənmə, ürək bulanması və qısa müddətli tarazlıq itkisi kimi problemlərə yol aça bilər.

Tövsiyə: Oyanandan sonra bir neçə saniyə yataqda oturmuş vəziyyətdə gözləyin, sonra isə yavaş-yavaş qalxın.

GÜNÜN İLK DƏQİQƏLƏRİ, QALAN SAATLARI MÜƏYYƏN EDİR

Mütəxəssislər səhər rutininin həyat keyfiyyəti üzərində düşündüyümüzdən daha böyük təsiri olduğunu vurğulayırlar. Səhər vərdişlərinizi yenidən nəzərdən keçirmək həm fiziki, həm də ruhi sağlamlığınız üçün fərq yarada bilər.


Məryəm İlhamqızı

Chosen
0
news24.az

1Sources