Bakı. Trend:
Ötən gün qanunsuz saxlanılan silah-sursat aşkar edilib.
Trend xəbər verir ki, bu barədə DİN-in MətbuatXidməti məlumat yayıb.
Bildirilib ki, mayın 1-də polis əməkdaşları paytaxt vərespublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 1 tapança, 3qumbara, 2 alışdırıcı, 5 tüfəng, 4 patron darağı və 17 ədədmüxtəlif çaplı patron aşkar edərək götürüblər.
Qeyd edək ki, Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindənqanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsiistiqamətində əməliyyat və profilaktik tədbirlər davametdirilir.