Bakı. Trend:
Azərbaycana qarşı qarayaxma kampaniyaları yerli mediada operativformada ifşa olunur.
Trend xəbər verir ki, bunu Medianın İnkişafı Agentliyinin icraçıdirektoru Əhməd İsmayılov qurumun təşkilatçılığı ilə baş tutan“İctimai proseslər media müstəvisində” mövzusunda 2-ci Forumunaçılış mərasimində çıxışı zamanı deyib.
“Son illərdə media və kommunikasiya fəaliyyətinin müasir formadatəşkil edilməsinin nəticəsidir ki, ölkəmizə qarşı qarayaxmakampaniyaları aparan tərəflərin həqiqi niyyətləri yerli mediadaoperativ formada ifşa olunur, cəmiyyətdə neqativ xəbər axınınaqarşı dayanıqlı təbii müqavimət – informasiya immunitetigücləndirilir”, - o bildirib.
Ə.İsmayılov bildirib ki, medianın peşəkarlığının artırılması,iqtisadi dayaqlarının gücləndirilməsi Azərbaycan dövlətinin bütüninkişaf mərhələlərində informasiya siyasətinin prioritetlərisırasında olmuşdur.
“Bunun bariz nümunəsi kimi Prezident cənab İlham Əliyevin2021-ci ilin yanvarın 12-də “Azərbaycan Respublikasında mediasahəsində islahatların dərinləşdirilməsi haqqında” Fərmanı iləmedianın inkişafında yeni bir mərhələnin başlanmasını göstərməkolar. Medianın İnkişafı Agentliyinin yaradılması da məhz buistiqamətdə həyata keçirilən quruculuq prosesinin tərkib hissəsiolmuşdur.
Prezident İlham Əliyev bu ilin yanvarında ölkəmizin televiziyakanallarına müsahibəsində Vətən müharibəsində möhtəşəm qələbəmizinhər bir vətəndaşımızın həyatında dərin iz buraxdığını bildirmiş,qalib ölkənin nümayəndəsi olmağın özlüyündə məsuliyyətli və şərəflihiss doğurduğunu xüsusi vurğulamışdır. Dövlət başçımızın qeydetdiyi məsuliyyət və qürur hissi Azərbaycan mediasının gündəlikişində özünü əks etdirən başlıca peşəkarlıq meyarına, həyat amalınaçevrilmişdir.
Vətən müharibəsində ölkəmiz haqqında həqiqətləri dünyayaçatdırmaq üçün informasiya cəbhəsinin əsgəri kimi çalışanjurnalistlərimiz hazırda böyük şərəf hissi ilə Qarabağ və ŞərqiZəngəzur iqtisadi rayonunda aparılan geniş miqyaslı quruculuqişləri, Böyük Qayıdış prosesi barədə materiallar hazırlayır, eynizamanda, informasiya mühitimizə kənar müdaxilələrə vaxtında vəlayiqli cavab verərək dezinformasiya axınının zərərli təsirlərininazaldılmasında maarifçilik fəaliyyətini davam etdirir”, - obildirib.