Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyevin komandası “Eqnatiya” Albaniya Kubokunu qazana bilməyib.
Msport.az xəbər verir ki, komanda finalda Tirana “Dinamo”suna məğlub olub.
Qarşılaşmanın əsas və əlavə vaxtı 2:2 hesabı ilə başa çatıb. Penaltilər seriyasında “Dinamo” 5:4 hesablı qələbə qazanıb. Əliyev 120 dəqiqə meydanda olub.
Qeyd edək ki, “Eqnatiya” Albaniya çempionatında mövsümün əsas mərhələsini birinci pillədə başa vurub. İlk 4 yeri tutan komandaların iştirakı ilə həlledici matçlar keçiriləcək.