EN

“Qalatasaray” Davinsona yeni müqavilə təklif edəcək

“Qalatasaray” futbolçusu Davinson Sançes ilə müqaviləni uzatmaq istəyir.

Futbolpress.az xəbər verir ki, “sarı-qırmızılar” adı İngiltərə klubları ilə hallanan müdafiəçini komandada saxlamaq niyyətindədir. Bu barədə Türkiyə mətbuatı məlumat yayıb. “Qalatasaray” yaxın zamanda futbolçu ilə danışıqlara başlayacaq.

Davinsonun sözləşməsi 2027-ci ilin yayına kimidir. O, bu mövsüm 38 oyunda 5 qol vurub, 2 məhsuldar ötürmə edib.

Chosen
0
futbolpress.az

1Sources