EN

Azərbaycanın iki cüdoçusu "Böyük Dəbilqə" turnirində mübarizəyə başlayır

Bakı, 2 may, AZƏRTAC

Bu gün Tacikistanın paytaxtı Düşənbədə cüdo üzrə "Böyük Dəbilqə" turnirinə start veriləcək.

AZƏRTAC xəbər verir ki, yarışın ilk günündə Azərbaycan millisinin iki üzvü tatamiyə çıxacaq.

Balabəy Ağayev (60 kiloqram) Fathur Rohman (İndoneziya) / Acıtı Dombuu (IJF) cütünün qalibi ilə, Yaşar Nəcəfov (66 kiloqram) isə tacikistanlı Exson Safarzoda ilə üz-üzə gələcək. Hər iki cüdoçu mübarizəyə 1/8 finaldan başlayacaq.

Qeyd edək ki, Azərbaycan "Böyük Dəbilqə" turnirində 6 çəki dərəcəsində 8 cüdoçu ilə təmsil olunur. Yarışa mayın 4-də yekun vurulacaq.

Chosen
0
azertag.az

1Sources