EN

Problematik məsələ

Bir ildən çoxdur ki, AFFA rəhbərliyində hər hansı bir əhəmiyyətli fəaliyyətin olmaması sırf passivlik deyil, həm də ölkə futbolunun gələcəyinə qarşı bir laqeydlikdir. Bu gün AFFA-da yalnız dəyişən adlar və vəzifələrdir, problemlər isə həmişə olduğu kimi yerində qalır.

Cahangir Fərəcullayevin baş katib təyin olunmasından sonra onun fəaliyyəti hələ də ciddi şəkildə fərqlənmir. Bəli, o, rəsmi görüşlər keçirir, şəkil çəkdirir, üzdə olmağa çalışır. Ancaq hələ ki, öz işini – sahədəki yerini axtarır. Bilmədiyi bir işə girişdiyi üçün fayda verəcəyinə, yenilik edəcəyinə inam çox azdır. Çünki Cahangir bəy tərzli idarəedicilər Azərbaycan futbolunda çox olub və heç nəyi dəyişə bilməyiblər.

Fərəcullayevin Azərbaycan futbolunda “nə etməli?” elmi-araşdırması ilə məşğul olduğu bu dönəmdə Sərxan Hacıyevin yoxluğu müşahidə edilir. İcraçı vitse-prezidentin fəaliyyəti daha da təəssüf doğurur. Bir zamanlar böyük ümidlər bəslənən və güvənilən bir şəxs, bu gün yalnız sükut içində itir. O, əvvəllər artıq necə tətbiq ediləcəyi federasiyaya yaxın çevrəni də narahat edən strategiya planının geniş izahçısı idi. Hər yerdə Sərxan Hacıyev danışırdı, saytlarda uzun müsahibələri çıxırdı.

Görəsən strategiya planının ciddi təbliğatçısı indi hardadı? Planın icrasına başlanılmadığı barədə nə düşünür? Kənara çəkilib, yoxsa kənara çıxardılıb?

Görünən odur ki, vəziyyətin bu qədər qeyri-müəyyən olduğu bir qurumda dəyişən fərdlərdi, məsuliyyət və fəaliyyət isə hələ də mövcud deyil.

Həsən Quluzadə

 

Chosen
0
idmanxeber.az

1Sources