EN

Kamala Harris: Tramp eqoistdir, yalnız zənginlərə xidmət edir

BAKI, 2 may. TELEQRAF

ABŞ-nin keçmiş vitse-prezidenti Kamala Harris Prezident Donald Trampı kəskin tənqid edərək, administrasiyasının hakimiyyətdə olduğu ilk 100 gününü “Amerika dəyərlərindən tamamilə imtina” kimi qiymətləndirib.

Teleqraf xəbər verir ki, Harris Trampın siyasətinin yalnız zənginlərə xidmət etdiyini, dar və eqoist baxışa əsaslandığını bildirib.

“Tramp administrasiyası həqiqəti söyləyənləri cəzalandırır, sadiqləri mükafatlandırır, hakimiyyətdən şəxsi maraqları üçün istifadə edir”, - keçmiş vitse-prezident vurğulayıb.

Harris hər şeyin daha da pisləşə biləcəyi barədə xəbərdarlıq edib və tərəfdarlarını qorxuya təslim olmamağa çağırıb: “Qorxu yoluxucu olan tək şey deyil, cəsarət də var”.

Chosen
0
teleqraf.com

1Sources