Gəncədə 22 yaşlı oğlan dərmandan zəhərlənib.
Missiya.Az Oxu.Az-a istinadən xəbər verir ki, 2002-ci il təvəllüdlü Hümbət Məmmədli zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Onun vəziyyətinin orta ağır olduğu bildirilir.
Hadisənin hansı səbəbdən baş verməsi ilə bağlı araşdırma aparılır.