EN

Keçmiş baş nazir prezidentliyə namizəd oldu

Cənubi Koreyanın keçmiş baş naziri Han Dok Su iyunun 3-də keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürəcəyini açıqlayıb.
 
Bu barədə “Yonhap” xəbər agentliyi məlumat yayıb.
 
Hazırda Prezident səlahiyyətlərini icra edən Koreya lideri bildirib: “Mən hər şeyi edəcəyəm ki, qarşıdan gələn prezident seçkilərində xalq məni seçsin”.
 
Keçmiş baş nazir bildirib ki, konstitusiya islahatları aparmaq üçün ona üç il vaxt lazımdır. O, bundan sonra istefaya getməyə hazır olduğunu da söyləyib.
 
Hazırda Cənubi Koreyada prezidentlik müddəti 5 ildir.
 
Chosen
0
1
moderator.az

2Sources