BAKI, 2 may. TELEQRAF
Hindistanın paytaxtı Dehlinin bəzii əraziləri güclü yağışlardan sonra su altında qalıb.
Teleqraf xəbər verir ki, bu barədə NDTV kanalı məlumat yayıb.
Yeni Dehlidə onlarla ağac kəsilib, bəzi binalar dağılıb. Dörd nəfərin öldüyü bildirilir.
Pis hava şəraiti Yeni Dehlidəki İndira Qandi Beynəlxalq Hava Limanında 120-dən çox reysi təxirə salıb. Çoxları başqa şəhərlərə yönləndirilib. Qatarların hərəkət cədvəlində də pozuntular olduğu barədə məlumatlar var.
Dehli səlahiyyətliləri sakinlərə mümkünsə evdə qalmağı tövsiyə edib. Hindistan Meteorologiya Departamenti şənbə gününə qədər paytaxtda əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq edib, güclü yağış, tufan və güclü külək proqnozlaşdırır.