"Skype" işini dayandırır
"Skype" platformasının işi mayın 5-də dayandırılacaq.
Demokrat.az xəbər verir ki, bu barədə "Microsoft"un texniki dəstək saytı məlumat yayıb.
Şirkət daha əvvəl may ayında platformaya dəstəyi dayandıracağını, istifadəçi hesablarının "Microsoft Teams" servisinə köçürüləcəyini bəyan etmişdi.