EN

Reuters: “Əsəd rejiminin süqutu  İranın iqtisadi xülyasını puça çıxardı” 

“Reuters” İranın Dəməşqdəki səfirliyindən əldə etdiyi məxfi sənədlərə istinadən xəbər verib ki, Tehran vətəndaş müharibəsindən sonra Suriyanı yenidən qurmaq üçün iddialı plan hazırlayıb. Bildirilib ki, bu plan Suriyanı İrandan asılı vəziyyətə salmaq üçün qurulub.

Vətəninfo.az xəbər verir ki, 33 səhifəlik planda Suriya İranın təsirini bərpa etmək və artırmaq üçün “400 milyard dollarlıq fürsət” kimi təsvir edilib. Ancaq ötən ilin dekabrında Bəşar Əsədin Rusiyaya qaçması ilə İranın bu səyləri uğursuz olub.
Bundan sonra İranın Dəməşqdəki səfirliyi ələ keçirilib və orada çoxlu sənədlər, o cümlədən müqavilələr, infrastruktur planları, rəsmi yazışmalar aşkarlanıb. Bu sənədlər göstərir ki, İran Latakiyada elektrik stansiyası, Suriyanın şərqində neft hasilatı layihələri və Fərat çayı üzərində dəmir yolu körpüsü kimi müxtəlif layihələrə milyardlarla dollar sərmayə qoyub.

Chosen
0
veteninfo.az

1Sources