EN

Tramp istefa verən müşavirinə YENİ VƏZİFƏ verdi

ABŞ prezidenti Donald Tramp milli təhlükəsizlik üzrə müşaviri Mayk Uoltsun ABŞ-ın BMT-dəki səfiri təyin ediləcəyini açıqlayıb.

Bizim.Media xəbər verir ki, bu barədə Tramp sosial şəbəkə hesabında yazıb.
 

“Mayk Uolts uniforma geyindiyi günlərdən, döyüş meydanında, Konqresdə və mənim Milli Təhlükəsizlik Müşavirim olaraq ölkəmizin maraqlarını hər şeydən üstün tutmaq üçün çox çalışıb. Mən əminəm ki, o, yeni vəzifəsində də eyni şeyi edəcək”, - Tramp yazıb.


Öz növbəsində ABŞ dövlət katibi Marko Rubio müvəqqəti olaraq prezidentin milli təhlükəsizlik üzrə müşaviri vəzifəsini icra edəcək. Bununla belə, o, Dövlət Departamentinə rəhbərlik etməyə davam edəcək.

Qeyd edək ki, Uolts ABŞ prezidentin milli təhlükəsizlik üzrə müşaviri vəzifəsindən bu gün istefa verib.

Bizim.Media

Chosen
0
10
bizim.media

10Sources