EN

“ABŞ Ukraynaya köhnə “Stinger” zenit-raket kompleksləri tədarük edib” - Deputat

Ukrayna Ali Radasının deputatı Aleksandra Ustinova bildirib ki, ABŞ Ukraynaya on illik “Stinger” zenit-raket kompleksləri tədarük edib, lakin onların hamısı köhnədir.

Herbiand.az bildirir ki, bu barədə “Strana” nəşri yazır.

Onun sözlərinə görə, ABŞ hər beş ildən bir hava hücumundan müdafiə sistemlərinin yeni modellərini istehsal edir. Bunlar isə köhnə raketlərlə uyğun gəlmir: “Vaşinqton Kiyevə raketləri tükənmiş bütün köhnə silahları verib. Amerika tərəfi yeni “Stinger”ləri Ukrayna Silahlı Qüvvələrinə verməyə hazır deyil, çünki onlar ABŞ ordusunun ixtiyarındadır. Hazırda anbarlarda olanlar bəli, oradadır. Amma bizim düşündüyümüz qədər deyil və onu bizimlə bölüşməyə hazır deyillər”.

Bəxtiyar CƏFƏRLİ

Chosen
0
herbiand.az

1Sources