EN

Dembele “Arsenal”la oyunu buraxa bilər

BAKI, 1 may. TELEQRAF

PSJ-nin hücumçusu Usman Dembele zədə səbəbindən komandanın məşqində iştirak etməyib.

Teleqraf xəbər verir ki, Paris klubunun liderinin mayın 7-də Çempionlar Liqasının “Arsenal”la cavab yarımfinal oyununda iştirakı sual altındadır.

Ulduz futbolçunun mayın 3-də Fransa çempionatının 32-ci turunda “Strasburq”a qarşı oynayacağı da ehtimal olunmur.

Məlumata görə, klub 27 yaşlı hücumçunun zədəsinin ciddiliyini açıqlamaq istəmir.

Chosen
0
teleqraf.com

1Sources