EN

Federiko Qatti yeni müqaviləyə razılıq verib

"Yuventus"un mərkəz müdafiəçisi Federiko Qatti Turin klubu ilə yeni müqavilə imzalamağa razılıq verib.

90deqiqe.Az xəbər verir ki, tərəflər 2030-cu ilə qədər nəzərdə tutulan müqavilənin bütün şərtləri üzrə razılığa gəliblər. Müqavilədə əlavə bir mövsümlük avtomatik yenilənmə bəndi də yer alacaq.

27 yaşlı futbolçunun illik maaşı təxminən 2,5 milyon avro olacaq.

Qatti gələcəyini "qoca sinyora"ya davam etdirmək istədiyi üçün "Napoli", "Vest Hem", "Nottingem Forest" və "Everton"dan gələn təklifləri geri çevirib.

Yeni müqavilənin imzalanması ilə bağlı rəsmi açıqlamanın yaxın günlərdə verilməsi gözlənilir.

Chosen
0
90deqiqe.az

1Sources