Xəzər dənizinin Qazaxıstan sahilində 88 suitinin cəsədi aşkarlanıb.
KONKRET.az Axar.az-a istinadən xəbər verir ki, suitilərin nədən ölməsi müəyyən etmək mümkün olmayıb.
Buna səbəb heyvanların ehtimal olunan ölümlərindən 2-3 həftə sonra tapılmasıdır.
Bildirilir ki, bu dövrdə bölgədə qərb küləyi üstünlük təşkil edib, bu da suitilərin cəsədlərinin sahilə çıxmasına səbəb olub.