2025-ci il aprelin 29-da Xəzər dənizinin Manqistau vilayətinin Tupkaraqan rayonundakı sahilində onlarla suiti cəsədi aşkar edilib.
Referans xəbər verir ki, polis şöbəsi nəsli kəsilməkdə olan heyvanların tələf olmasını qeydə alıb, müfəttişliyin, Hidrobiologiya və Ekologiya İnstitutunun nümayəndələri hadisə yerinə gediblər.
"Ötən müddət ərzində rayonun sularında qərb küləyi üstünlük təşkil edib ki, bu da suitilərin cəsədlərini sahilə çıxarıb”, - deyə Balıqçılıq Komitəsinin mətbuat xidmətindən bildirilib.
Heyvanların ölüm səbəbini müəyyən etmək mümkün olmayıb, çünki onlar çürümənin inkişaf etmiş mərhələsindədirlər ki, bu da sonrakı laboratoriya tədqiqatları, o cümlədən toksikoloji və patoloji analizlər üçün yüksək keyfiyyətli nümunə götürməyi qeyri-mümkün edir.
Suitilərin təxminən iki-üç həftə əvvəl öldüyü güman edilir.
Əvvəllər suitilərin kütləvi tələfatı 2024-cü il oktyabrın 24-dən noyabrın 13-dək Xəzər dənizi sahilində qeydə alınıb, o zaman Jayk-Xəzər Regionlararası Hövzə Balıqçılıq Müfəttişliyinin mütəxəssisləri Manqistau vilayətinin Tüpkaraqan rayonunda 1034 heyvan cəsədi aşkar ediblər./publika.az