EN

Müxalifət lideri Makronu saxtakarlıqda ittiham edib

Partiya rəhbəri xatırladıb ki, Paris məhkəməsi onu beş il müddətinə seçkilərdə iştirak hüququndan məhrum edib.

Fransanın müxalif Milli Cəbhə partiyasının sədri Marin Le Pen 2027-ci ildə ölkədə keçiriləcək prezident seçkilərində iştirak hüququnun bərpa edilməsi uğrunda mübarizə aparmaq niyyətində olduğunu açıqlayıb.

Operativ Media xəbər verir ki, siyasətçi Fransa Prezidenti Emmanuel Makronu seçkiləri saxtalaşdırmaqda ittiham edib.

“Onlar prezident seçkilərini sizdən oğurlamaq istəyirlər”, - Le Pen bildirib.

Partiya rəhbəri xatırladıb ki, Paris məhkəməsi onu beş il müddətinə seçkilərdə iştirak hüququndan məhrum edib.

“Mən ədalət uğrunda, demokratiyadan sui-istifadə cəhdlərinə qarşı mübarizə aparacağam”, - o vurğulayıb.

Fransanın “Odoxa” sosioloji xidmətinin apardığı sorğuya əsasən, seçicilərin 36 faizi 2027-ci ildə Marin Le Penə səs verməyə hazırdır.

Chosen
0
2
operativmedia.az

3Sources