Bakı. Trend:
Argentinanın qərbindəki La Rioxa əyalətində 5.8 maqnitudalızəlzələ qeydə alınıb.
Trend xəbər verir ki, bubarədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Mərkəzin məlumatına görə, yeraltı təkanların episentri təqribən162 min insanın yaşadığı La Rioxa şəhərindən 104 kilometrşimal-qərbdə yerləşib.
Zəlzələnin ocağı 131 kilometr dərinlikdə olub.