EN

Dəm qazı Yasamalda CAN ALDIVİDEO

28 yaşlı gənc yaşadığı evdə dəm qazından boğularaq ölüb.

Xezerxeber.az xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonu Akim Abbasov 7 ünvanında baş verib. Qonşuların sözlərinə görə, Şəhruz Tapdıqov həmin evdə 5 ilə yaxındır ki, kirayədə yaşayırmış. Hadisədən ilk olaraq xəbər tutan əmisi oğlu əvvəlcə özü hamam otağının qapısını açmağa çalışsa da, bacarmayıb və qonşuları köməyə çağırıb.

O da bildirilib ki, Şəhruz Tapdıqov SOCAR-ın "Neftqaz Elmitədqiqat Layihə" İnstitutunda çalışırmış. O həm də bədii qiraətçi olub,

Faktla bağlı Yasamal Rayon Prokurorluğunda araşdırma aparılır.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Chosen
0
xezerxeber.az

1Sources