EN

Danimarka donanmasını sığortalayacaq

Danimarka həm üçüncü ölkələrdə, həm də Danimarkanın özünün iştirakı ilə hərbi münaqişə təhlükəsi səbəbindən ticarət donanmasını sığortalamaq qərarına gəlib. Müvafiq qanun layihəsini ölkə hökuməti təqdim edib.

Herbiand.az bildirir ki, bu barədə Ritzau xəbər verib.

Danimarkanın biznes naziri Morten Bedskov bu təşəbbüsü belə şərh edib: “Bu, lazımi təftişin aparılması ilə bağlıdır. Bizim Danimarka ticarət donanmasının müharibə vəziyyətində fəaliyyətini davam etdirə bilməyimiz çox vacibdir”.

Qanun layihəsində ticarət donanmasına dəyən potensial zərərin ödənilməsi üçün ölkə büdcəsindən Danimarka Müharibə Sığortası İnstitutuna 6 milyard kron (1 milyard ABŞ dollarından az) məbləğində kredit ayrılması təklif edilir. Eyni zamanda, qurum sülh dövründə heç bir xərc çəkməyəcək.

Bəxtiyar CƏFƏRLİ

Chosen
0
2
herbiand.az

3Sources